Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Müntəzəm avtobus marşrutunun ilk sərnişinlərinə Ağdamda aparılan genişmiqyaslı tikinti işləri barədə məlumat verilib

ID:

24.01.2022 13:05 / REGİONLAR

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Yanvarın 24-də Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Ağdama çatıb.