Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Müdafiə Nazirliyinin mətbuat katibi: Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirir

ID:

04.10.2020 14:25 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır.