Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub

ID:

05.04.2022 16:05 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.