Qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.
×
Qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə söyləyib.
Məruzəçi aparıcı və müxbirlərlə yanaşı ekspert və qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin də kitaba daxil edildiyini vurğulayıb. Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsinin adi hala çevrildiyi qeyd olunub. Məruzədə monitorinq zamanı leksik vahidlərin aid olmadığı mənada işlədilməsi, söz və ifadələrin lüğəvi mənalarının müəlliflər tərəfindən tam mənimsənilməməsi və ya onların lüzumsuz şəkildə mətnə daxil edilməsi kimi ciddi nitq nöqsanları da diqqətə çatdırılıb. Ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhv və xətalara yol verilməsi təəssüf doğuran məqam kimi dəyərləndirilib.
Xatırladaq ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən 12 televiziya kanalında monitorinq aparılıb.