Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

ID:

22.06.2020 12:50 / CƏMİYYƏT

Foto Azertac

Qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonun ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonun gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.