Dövlət Ekoloji Ekspertiza Agentliyinin Ekspertiza İdarə Sisteminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov agentliyin göstərdiyi 25 xidmətin sistemdə əksini tapacağını qeyd edib.
×
Dövlət Ekoloji Ekspertiza Agentliyinin Ekspertiza İdarə Sisteminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov agentliyin göstərdiyi 25 xidmətin sistemdə əksini tapacağını qeyd edib. "Sistem vətəndaş-məmur təmasını aradan qaldıracaq, şəffaflıq və məmnunluğu artıracaq. Belə ki, vətəndaş şəxsi kabinet yaradaraq elektron qaydada müraciət edəcək. Müraciətin icrası ilə bağlı hər bir mərhələ haqqında müraciət edənə bildiriş göndəriləcək. Bütün proses elektronlaşacaq və avtomatlaşacaq. İcazə prosesi yüngülləşəcək, nəzarət asanlaşacaq. Araşdırmalar sürətlənəcək və operativləşəcək. Müraciətlərə baxılması qanunvericilikdə olan reqlament əsasında həyata keçiriləcək. Rəhbərlik müraciətə baxılma vaxtını, nə qədər gecikdirilməsini görə biləcək. Gələn müraciət və rəylər həndəsi silsilə şəklində qeydiyyata düşəcək və reyestr üzrə formalaşdırılacaq.
Sistem bir sıra qurumların sisteminə inteqrasiya olunub".