Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

ID:

06.12.2022 18:25 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC /Mehriban Kərimova

Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.