Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib

ID:

18.09.2025 12:15 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

18 Sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib.

AZƏRTAC xəbər verir ki, Konservatoriyanın rektoru Xalq artisti Kamilə Dadaş-zadə Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıb.