Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

ID:

05.10.2020 13:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ordumuzun uğurlarından söz açıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulayıb.