Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul olunub

ID:

06.11.2020 18:30 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşının həlledici mərhələyə daxil olduğunu bildirib.