Sentyabrın 21-də Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsinin ilk iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
×
Sentyabrın 21-də Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsinin ilk iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Tədbirdə 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabat dinləniləcək.
Sonra komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirə ediləcək.
Üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir.
Sonuncu məsələ isə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş)