Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında üç məsələ müzakirə olunub

ID:

19.09.2022 17:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Sentyabrın 19-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısının rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alındığını bildirib.