Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub

ID:

13.05.2024 14:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Aydın Məmmədov

Mayın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.