Dekabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclası keçirilir.
×
Dekabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda İnzibati Xətalar, Mülki, Cinayət, Vergi məcəllələrində, “Lotereya haqqında”, “Bədən tərbiyəsi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri birinci oxunuşda müzakirə edilir.