Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklə bağlı qərarı təsdiqləyib.
×
Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklə bağlı qərarı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə məsələ parlamentin dekabrın 30-da iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, aşağıdakı şəxslərin 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilməsi təklif edilib:
1. Zeynalov Vüqar Eldar oğlu
2. Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:
1. Əliyev Azər Ruslan oğlu
2. Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:
1. Yusifova Sevil Şərif qızı
2. Mansurova Zərəngiz Dəmirçi qızı.
Deputatların müzakirələrindən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi səs qoyularaq təsdiqlənib.