M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə keçiriləcək silsilə tədbirlərin iştirakçıları sentyabrın 20-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
×

AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, güllər düzülüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər çiçəklər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər qoyulub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən tədbir iştirakçıları Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.