Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Kitabxanada Nizami Gəncəviyə aid nadir əlyazmaların elektron və çap nüsxələrinin təqdimatı olub

ID:

10.01.2023 17:40 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Yanvarın 10-da Milli Kitabxanada böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) əldə olunmuş digital variantının və kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatı keçirilib.