Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Kitabxana VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində öz tədbirlərini davam etdirir

ID:

07.10.2022 15:45 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Mehriban Kerimova

Oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında Albaniya Milli Kitabxanasının və VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan digər ölkələrin iştirakı ilə Albaniyaya dair daimi guşənin açılışı, Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi, eləcə də “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.