Milli Hokkey Liqasında dörddəbir final mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, Torontoda keçirilən görüşdə “Filadelfiya Flayers” və “Nyu-York Aylenders” üz-üzə gəliblər.
×
Milli Hokkey Liqasında dörddəbir final mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, Torontoda keçirilən görüşdə “Filadelfiya Flayers” və “Nyu-York Aylenders” üz-üzə gəliblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan Nyu-York hokkeyçiləri rəqib qapısından 4 şayba keçiriblər. Beləliklə, “Nyu-York Aylenders” mərhələyə qələbə ilə başlayıb.
Digər oyunda isə “Kolorado Evelanş” komandası “Dallas Starz” ilə qarşılaşıb. Matçda 7 qol vurulub. Görüş “Dallas Starz”ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Dallas hokkeyçiləri seriyanın ikinci görüşündə də qələbə qazanaraq yarımfinala daha da yaxınlaşıblar.