Hər il Aşura günündə məscidlərdə də qanvermə aksiyaları təşkil olunurdu. Lakin bu il pandemiya ilə əlaqədar məscidlər fəaliyyət göstərmir.
×
Hər il Aşura günündə məscidlərdə də qanvermə aksiyaları təşkil olunurdu. Lakin bu il pandemiya ilə əlaqədar məscidlər fəaliyyət göstərmir. Bu il vətəndaşlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına yaxınlaşaraq qan verə bilərlər. Bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, eyni zamanda, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bir neçə şöbəsi bu məqsədlə ayrılıb və xüsusi karantin rejiminin qaydaları çərçivəsində qanvermə aksiyaları təşkil olunacaq. Vətəndaşlar sosial məsafə prinsiplərinə əməl etməklə və maska taxmaq şərti ilə qanvermə aksiyalarında iştirak edə bilərlər.