Komandamız Tbilisidəki “II New Look Cup” beynəlxalq turnirdə yaxşı nəticə qazanıb. Biz gimnastlarımızla fəxr edirik.
Bunu AZƏRTAC-a müsahibəsində “Ocaq Sport” klubunun məşqçisi Simarə Cəfərova komandamızın Tbilisidəki “II New Look Cup” beynəlxalq turnirində çıxışı ilə bağlı bildirib.
×

O qeyd edib ki, yarışda komandanın üzvləri 11 qızıl, 9 gümüş, 5 bürünc medal əldə ediblər.
S.Cəfərova turnirə hazırlaqla bağlı məşqlərin gərgin keçdiyini vurğulayıb: “Səylərimiz hədər getmədi. Gimnastlarımız onlara bəslənən ümidləri doğrultdular. Komandanın hazırlığı üçün hər bir şərait yaradılmışdı”.
Mütəxəssis qarşıda gimnastları daha bir sınağın gözlədiyini bildirib: “Ocaq kuboku yarışında 12 ölkədən gimnastlar mübarizə aparacaqlar. Turnirə tam hazırıq. İdmançılarımızdan yüksək nəticələr gözləyirik və inanırıq ki, onlar ümidləri doğruldacaqlar”.
Qeyd edək ki, Ocaq kuboku yarışı noyabrın 25–dən 27-dək keçiriləcək.