Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Gömrük Hospitalında 1600-dan çox COVID-19 xəstəsi stasionar müalicə alıb

ID:

20.11.2021 10:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Pandemiya ilə mübarizə aparmaq üçün ölkəmizdə 46 dövlət xəstəxanası ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 20-də Bakıda keçirilən Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin təşkil etdiyi “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” Beynəlxalq Elmi Konfransında çıxış edən DGK Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov deyib.