Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib.
×

AZƏRTAC xəbər verir ki, "Mənəvi intibah" sənədli filmi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Azərbaycan Bibliya Cəmiyyətinin sifarişi əsasında çəkilib.
Filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsindən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir Yol xəritəsi kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilir.