Azərbaycanda meşələrin bərpası və artırılması, torpaqların şoranlaşmasının qarşısının alınması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi son illərdə böyük irəliləyiş əldə edib.
×
Azərbaycanda meşələrin bərpası və artırılması, torpaqların şoranlaşmasının qarşısının alınması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi son illərdə böyük irəliləyiş əldə edib.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak AZƏRTAC-a açıqlamasında söyləyib.
Xocasən gölü ətrafında keçirilən ağacəkmə aksiyasında iştirak edən M.Çakmak deyib: “Bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məqsədləri ilə də uyğundur. Çünki kənd təsərrüfatı və ərzaq istehsalı üçün bizim münbit torpağa, keyfiyyətli suya, biomüxtəlifliyə ehtiyacımız var. Bütün bunlar da yaşıllıqların artırılması ilə təmin edilir. Bu baxımdan iqlim dəyişikliklərinin qarşısının alınmasında meşələrin rolu çox böyükdür”.