Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil qruplarında oktyabrın 1-dən etibarən həftədə iki və ya üç dəfə olmaqla əyani dərslərə başlanılır.
×
Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil qruplarında oktyabrın 1-dən etibarən həftədə iki və ya üç dəfə olmaqla əyani dərslərə başlanılır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, məktəbəhazırlıq mərhələsində dərslər 30 dəqiqədən ibarət olacaq.
COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin bu formada təşkili noyabrın 2-dək davam edəcək. Epidimioloji vəziyyətlə əlaqədar olaraq növbəti dövr üçün müvafiq qərarlar qəbul olunacaq.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.