Ümummilli lider Heydər Əliyevi daim yad etmək bütün Azərbaycan xalqının borcudur. Hesab edirəm ki, biz ilin 365 günündə belə Ulu Öndəri ziyarət etsək, bu, bizim üçün yenə də azdır.
×
Ümummilli lider Heydər Əliyevi daim yad etmək bütün Azərbaycan xalqının borcudur. Hesab edirəm ki, biz ilin 365 günündə belə Ulu Öndəri ziyarət etsək, bu, bizim üçün yenə də azdır. Azərbaycan xalqının alnı açıq, üzüağ gəzməyinin səbəbkarı məhz Ulu Öndər və onun ata vəsiyyətini şərəflə yerinə yetirən oğlu, Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyev Heydər Əliyevin vəsiyyətini həyata keçirərək ərazi bütövlüyümüzü bərpa etdi və bütün qarabağlıları doğma yurduna qovuşdurdu. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Ağdam rayon 36 saylı məktəbin kollektivi olaraq Ulu Öndərin ruhu qarşısında baş əyirik. Ümid edirik ki, yaxın zamanlarda məktəbimiz fəaliyyətini məhz Ağdamda davam etdirəcək".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ulu öndər Heydər Əliyevin anım günündə Ağdam rayon 36 saylı tam orta məktəbin direktoru Nərminaz Nəcəfova deyib.
Məktəb rəhbəri bildirib ki, Heydər Əliyevin xatirəsi bütün Azərbaycan xalqı üçün əzizdir: "Biz gələcəkdə, məktəbimiz öz yurduna köçürüldükdən sonra da hər il dekabrın 12-də Ağdamdan Bakıya gələrək Ulu Öndəri ziyarət edəcəyik. Müasir Azərbaycanımızda rahat və sərbəst yaşayışımızın təməlini qoyan Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz inanırıq ki, ölkəmiz daim güclənəcək və vətəndaşlar hər zaman təhlükəsiz və sülh şəraitində yaşayacaqlar. Yeni və müasir Azərbaycanın banisi olan dahi Azərbaycan oğlu Heydər Əliyevin milli şüurun inkişafında müstəsna rolu var. Biz Heydər Əliyevin yazdığı tarixi yolu şagirdlərimizə qürurla tədris edir və onların hər birini vətənpərvər ruhda tərbiyə etməyə çalışırıq".