Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğu yoxlanılır

ID:

13.08.2020 13:15 / REGİONLAR

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iyul ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğu diqqətdə saxlanılıb.