Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Media nümayəndələri FHN-in Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə tanış olublar

ID:

06.07.2022 12:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMDA) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi və təhlükə potensiallı obyektlərdə, eləcə də sənayenin digər sahələrində çalışan işçilərin bilik səviyyələrinin artırılması istiqamətlərində məqsədyönlü, ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.