Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mədəniyyət Nazirliyi tərəfindən “Kommunikasiya meneceri” layihəsinin təqdimat olub

ID:

20.06.2022 11:05 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

ADA universitetində Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.