“e-qanun.az”a 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın giriş olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb.
×
“e-qanun.az”a 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın giriş olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev deyib.
Sayta giriş sayının ildən-ilə artdığını söyləyən idarə rəisi bildirib ki, bu il ərzində “e-qanun.az” saytına girişlərin 90 faizi Azərbaycandan, 10 faizi isə digər ölkələrin ərazisindən olub. Buraya Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və sair ölkələr daxildir.
Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsi ilə həyata keçirilib