İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir.
×
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iyulun 21-də keçirilən mətbuat konfransında deyib.
Leyla Abdullayeva bildirib ki, Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər. Onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.
XİN rəsmisi vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər. Ermənistanın yeni təxribat əməlləri, yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənildi.