Yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi günlərində müvafiq icazə olmadan, qeyri-qanuni yollarla digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir.
×

Daxilli İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı xüsusi karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn, ümumilikdə, 7 istirahət mərkəzində 24 şəxs müəyyən edilərək barələrində tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad, Masallı və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.