Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə keçirilən Laçın Şəhəri Günü tədbirləri davam edir.
×

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə "Lacinema" kinoteatrında “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi ilə tanış olublar.
Daha sonra “Şuşa, sən azadsan!” sənədli filminə baxıblar. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsal etdiyi filmin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunur. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanın işğaldan azad edilməsində əvəzsiz rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.