Oktyabrın 17-də Füzuli Şəhəri Günü tədbirləri çərçivəsində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Ay elim Füzuli” adlı konsert proqramı təşkil edilib.
×
Oktyabrın 17-də Füzuli Şəhəri Günü tədbirləri çərçivəsində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Ay elim Füzuli” adlı konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa edilib. Qonaqlar "Vətənim Füzuli”, "Bu gecə”, “Gözəl Füzuli”, "Bura Vətəndir”, "Mənim Azərbaycanım”, "Qələbəyə gedən yollar” və “Azərbaycan” mahnısını dinləyiblər.
Proqramda, eyni zamanda, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin “Qarabağ fidanları” rəqs kollektivi "Şən Azərbaycan” rəqsi ilə çıxış edib.
Daha sonra qonaqlar Füzuli Dövlət Dram Teatrının çıxışını izləyib, həmçinin vətənpərvərlik mövzusunda şeirlər dinləyiblər.