Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Koronavirusun yayılmasının qarşısını almaq üçün sosial innovasiyalar və e-həllərin təsiri məsələləri müzakirə olunub

ID:

25.06.2020 12:05 / CƏMİYYƏT

Foto Azertac

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Beynəlxalq Administrativ Elmlər İnstitutunun (IIAS) 2020-ci il üzrə e-konfransı çərçivəsində keçirilən “COVID-19 virusunun idarəetmədə doğurduğu çətinliklərə qarşı Rəqəmsal təcrübələr və Həllər” panel sessiyasında iştirak edib.