Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə 13,7 milyon manat müddətli əlavə ödənilib

ID:

23.06.2020 15:25 / CƏMİYYƏT

Foto Azertac

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.