Son müşahidələrə görə, COVID-19-un "omikron" ştamına yoluxanlarda bəzi mədə-bağırsaq problemləri, qusma halları qeydə alınır.
×
Son müşahidələrə görə, COVID-19-un "omikron" ştamına yoluxanlarda bəzi mədə-bağırsaq problemləri, qusma halları qeydə alınır. Lakin koronavirusa yoluxan xəstələrdə fərqli əlamətlərin müşahidə olunduğunu nəzərə alsaq, həmin simptomların sırf "omikron" ştamına xas olduğunu demək düzgün olmaz.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva koronavirusda rast gəlinən klinik xüsusiyyətlərin digər respirator infeksiyalarda da qeydə alındığını diqqətə çatdırıb.