Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

ID:

23.06.2020 14:20 / CƏMİYYƏT

Foto Azertac

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarına dəyişiklik edilib.