×
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin qollarını Emin Mahmudov və öz qapısına avtoqol vuran oyunçu Aleksandr Selyava rəsmiləşdirib.
Belarus klubunun qollarını Karen Vardanyan (dubl), Gulzigit Alykulov (penalti ilə) və Yevgeni Malaşeviç vurublar.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
21:21
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
21:13
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Palms Sports Arena”da keçirilən görüşün ilk hissəsindən sonra 2:1 hesabı ilə öndədir. Hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.
Rəqibin heyətində 36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
20:51
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Palms Sports Arena”da keçirilən görüşün fasiləsinə 2:1 hesablı üstünlüklə yollanıb.
Hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.
Rəqibin heyətində 36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş saat 20:00-da start götürüb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.