Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərir

ID:

04.09.2020 14:15 / REGİONLAR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılması üçün biznesə başlamaqda maraqlı olan şəxslər müxtəlif təlimlərə cəlb olunur, onların potensialına uyğun müvafiq fəaliyyət sahəsi seçilir, fərdi sahibkarlıq subyektinin və ya məhdud məsuliyyətli cəmiyyətin (MMC) təsis olunması üçün sənədləşdirmə, qeydiyyat, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə dəstək göstərilir.