Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

ID:

25.04.2025 17:40 / İDMAN

Foto : AZƏRTAC

Kişi voleybolçular arasında Yüksək Liqada çempion olan "Azərreyl" komandası mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, qalib komanda qızıl, finalda məğlub olan "Murov Az Terminal" gümüş, üçüncü yer uğrunda görüşlərdə "Neftçi"ni üstələyən "Xilasedici" isə bürünc medallara layiq görülüb.