Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilib.
×
Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kino sənayesinin inkişafı sahəsində görülən işlərə dair videoçarx nümayiş olunub.
Panel müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) əməkdaşı Səbinə Bağırova "Azərbaycan ərazisində xarici filmlərin istehsalı" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, xarici filmlərin ölkədə çəkilməsi yerli kino mütəxəssisləri üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda üç xarici film çəkilib. Bu filmlərin istehsalı təkcə Azərbaycanın beynəlxalq kino sənayesində tanınmasına deyil, həm də ölkə iqtisadiyyatına töhfə verib. S.Bağırova qeyd edib ki, beynəlxalq film istehsalçıları ilə əməkdaşlıq edən azərbaycanlı rejissorlar, operatorlar, ssenaristlər, aktyorlar və texniki heyət üzvləri dünya kinematoqrafiyasının ən son trendləri və texnologiyaları ilə tanış olur, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edirlər. Bu cür layihələr ölkədə kino sənayesinin inkişafına müsbət təsir göstərir, peşəkar kadr hazırlığını gücləndirir və yaradıcı potensialın genişlənməsinə şərait yaradır.
“Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir çıxışında “KinoPark” layihəsi barədə danışıb və təqdim etdiyi layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən bərpası ilə bağlı olub.