İşğaldan azad edilmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb. Həmin alayda indiyə qədər 74 nəfər yeni minaaxtaran mütəxəssis yetişdirilib.
×
İşğaldan azad edilmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb. Həmin alayda indiyə qədər 74 nəfər yeni minaaxtaran mütəxəssis yetişdirilib. Xaricdən alınmış 120 ədəd yeni minaaxtaran cihazlar da həmin mütəxəssislərə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım günündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yeni alay Türkiyədən gələn mütəxəssislər, eləcə də Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə həmin ərazilərdə minatəmizləmə işlərini davam etdirirlər: "Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və işlər uğurla icra edilir".