Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Karantin rejimini pozan Sumqayıt sakinlərindən narkotik vasitə aşkar edildi

ID:

14.07.2020 11:00 / REGİONLAR

Xaçmazda karantin rejimini pozan Sumqayıt şəhər sakinlərindən narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Ədalət Aşurov və Ramin Mirzəliyev “Renault” markalı nəqliyyat vasitəsilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda saxlanılıblar.