İsmayıllıda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus pandemiyası, onun təhlükəsi, respublikamızda tətbiq olunan karantin rejimi, bu sahədə gənclərin üzərinə düşən vəzifələr, rayonda bununla bağlı görülən işlərlə əlaqədar onlayn görüş keçirilib.
×
İsmayıllıda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus pandemiyası, onun təhlükəsi, respublikamızda tətbiq olunan karantin rejimi, bu sahədə gənclərin üzərinə düşən vəzifələr, rayonda bununla bağlı görülən işlərlə əlaqədar onlayn görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn görüşü acan Gənclər və idman idarəsinin rəisi Taleh Salehov bu gün insanlar üçün ciddi bəla olan koronavirus pandemiyasının fasadları, ölkəmizdə bununla əlaqədar tətbiq olunan karantin rejimi, İsmayıllıda karantin qaydalarının gözlənilməsi istiqamətində gənclərin gördüyü işlər barədə ətraflı məlumat verib.
Rayon mərkəzi xəstəxanasının keyfiyyətə nəzarət xidmətinin müdiri, Pandemiya ilə mübarizə mərkəzinin rəhbəri Elxan Qasımov, rayon icra hakimiyyətinin məsul işçisi Bəhruz Xələfov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Gənclərin inkişaf və karyera mərkəzinin direktoru İsmayıl Faktıyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlərdən, artıq ikinci həftədir ki, ölkəmizdə sağalanların sayının yoluxanların sayından çox olmasından danışılıb, rayonda pandemiya ilə mübarizədə gənclərin, xüsusən gənc könüllülərin əhali arasında apardıqları maarifləndirici işlərdən bəhs olunub. İnsanların sıx toplaşdıqları yerlərdə, o cümlədən banklarda, mağazalarda, çayxana və yeməkxanalarda, avtobuslarda karantin qaydalarına ciddi əməl olunması, tibbi maskalardan istifadə edilməsi, bu işlərdə gənclərin rolu və üzərinə düşən vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.