İqlim dəyişikliyi məsələləri Əqli Mülkiyyət Agentliyinin nəzərində olub. 2009-cu ilin iyul ayında təşkil olunmuş beynəlxalq konfransdakı çıxışlarda xüsusi vurğulanıb ki, bütün kasıb və varlı ölkələr iqlim dəyişikliyinin nəticələrinə məruz qalır və bununla bağlı dövlət siyasətinin məqsədlərinə əqli mülkiyyətin xüsusi töhfəsi mümkündür.
×

AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.
Xatırladılıb ki, 2010-cu ildə Müəllif Hüquqları Agentliyi (hazırda Əqli Mülkiyyət Agentliyi) İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı ilə birgə “Ətraf mühit və əqli mülkiyyət” mövzusunda elmi-praktik seminar keçirib və seminarın materialları dərc edilərək yayılıb. Bundan başqa, 2020-ci ildə koronovirus pandemiyası ilə bağlı tədbirlərin keçirilməsi məhdudiyyəti nəzərə alınaraq, 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş “İnnovasiyalar yaşıl gələcək naminə” devizi ilə bağlı Əqli Mülkiyyət Agentliyi müraciət hazırlayıb və mediada yayımlanıb.