2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib.
×
2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, karantin rejiminin pozulması, sağlamlığın qorunması, əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquqpozmalar və digər inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib. Nəticədə 261 min 544 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib. Habelə hesabat dövründə 45 cinayət işi başlanıb.
Həmçinin uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 19 uşağın 15 valideyni barəsində 12 mülki iddia qaldırılıb.