Mən Şuşada olmuşam, onun gözəl bulaqlarından su içmişəm. Çox şadam ki, Azərbaycanın mədəniyyət, qədim tarixi abidələr mərkəzi sayılan Şuşaya bir daha gedirəm.
×
Mən Şuşada olmuşam, onun gözəl bulaqlarından su içmişəm. Çox şadam ki, Azərbaycanın mədəniyyət, qədim tarixi abidələr mərkəzi sayılan Şuşaya bir daha gedirəm.
Bu fikirləri yanvarın 29-da AZƏRTAC-a müsahibəsində Şuşa şəhərinə yola düşən Kamil Şirinov bildirib.
Səfərlə bağlı həyəcanlı olduğunu dilə gətirən K.Şirinov onu da əlavə etdi ki, 28 ildən sonra Şuşanın və digər Qarabağ torpaqlarının düşməndən azad edilməsindən böyük qürur hissi keçirir. Bu, böyük qayıdışdır.
“O gün olsun ki, Qarabağın digər gözəl guşələrinə - Laçına, Qubadlıya, Kəlbəcərə belə avtobus reysləri açılsın. Şuşaya və Ağdama avtobus reyslərinin təşkili 30 ildir Vətən həsrəti çəkənlər üçün çox sevindirici qərar oldu. Artıq hər kəs yaradılan şəraitdən istifadə edərək mədəniyyət paytaxtımız Şuşaya səfər edə, o möhtəşəm şəhəri öz gözləri ilə görə bilərlər”, - deyə K.Şirinov vurğulayıb.