Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub

ID:

25.08.2024 19:40 / İDMAN

Foto : AZƏRTAC / Arif Quluzadə

Bakıda keçirilən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizə aparıb.