Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb

ID:

21.06.2020 14:00 / CƏMİYYƏT

Foto Azertac

Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir.